Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan
AzVision.az -a verilən məlumata görə, “VAZ-2104” markalı avtomobilin sürücüsü Elçin Abdullayev və “VAZ-2106”-nın sürücüsü Cavid Yusifov yol hərəkəti qaydalarını pozduqları üçün onlara “saxla” işarəsi verilib. Yoxlama zamanı sürücülərin narkotik vasitə qəbul etmələrinə dair şübhə yarandığından onlar tibbi müayinədən keçirilib.
Müayinənin nəticəsinə əsasən hər ikisinin narkotik vasitə marixuana istifadə etdikləri məlum olub. Həmin şəxslər barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.
AzVision.az