Coli niyə yayda da isti paltar geyinir?

Coli niyə yayda da isti paltar geyinir?
  12 Sentyabr 2024    Oxunub:1960
Məşhur Hollivud aktrisası Ancelina Coli səhhətində yaranan problemlərlə bağlı yayılan söz-söhbətlərə görə öz fiqurasını gizlədir.
Bu fikirlər “In Touch Weekly” nəşrində dərc olunan məqalədəndir.

Ulduz aktrisanı yaxından tanıyan insayderlərdən biri sayta açıqlamasında deyib ki, Coli sağlam olmadığına dair dedi-qodulardan yorulub. Onun sözlərinə görə, aktrisa bədənini nümayiş etdirməmək üçün isti aylarda belə isti və ya uzun qollu və ətəkli paltarlar geyinməyə məcbur qalıb.

“Aktrisa heç bir halda pis qidalanmır. Onun xeyli çəki itirməsi və ya yemək pozğunluğu ilə bağlı yayılan bütün şayiələr həqiqətdən uzaq və son dərəcə qəddar yanaşmadır", - mənbə deyib.
O, əlavə edib ki, Ancelina Coli uşaqlıqdan arıq olub və fiqurasından razıdır.
Xatırladaq ki, bir neçə gündür ki, internetdə Ancelina Colinin xeyli arıqlaması və əllərində damarların üzə çıxmasını əks etdirən fotolar müzakirə olunur.
Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti