30 avtobus xətdən kənarlaşdırılıb

30 avtobus xətdən kənarlaşdırılıb
  19 Aprel 2013    Oxunub:1698
Artıq bu saata kimi 30-dan artıq avtobus yol hərəkətindən kənarlaşdırılıb və mühafizə olunanan dayanacaqlara qoyulub.
Son günlər paytaxtda baş verən avtobus qəzaları hər kəsi narahat edir. Gündəlik həyatımızın ayrılmaz hissəsi olan ictimai nəqliyyatda belə qəzaların olması yolverilməzdir. Belı ki, ötən gün paytaxt ərazisində avtobusların iştirakı ilə baş verən yol qəzalarında 31 nəfər xəsarət alıb. Bu isə vəziyyətin necə ciddi olduğundan xəbər verir. Bəs görəsən nədən avtobusların iştirakı ilə baş verən qəzalara tez-tez rast gəlirik?

“Avtobus sürücüləri az qalırlar ki, biri-birilərinin üstündən uçub keçsinlər”.

Nəqliyyatçıların Hüquqi Problemlərinin Həllinə Yardım İctimai Birliyinin sədri Məzahir Rüstəmov Məzahir Rüstəmov AzVision.az-a açıqlamasında bildirib ki, sürücülərin psixologiyasının yerində olmaması belə qəzaların baş verməsinə gətirib çıxarır. Ekspertin sözlərinə görə, sürücülərin üzərinə qoyulan planında çox olması bu problemi yaradan amillərdəndir.

“Həmçinin yolun yaxşı vəziyyətdə olmaması, sürücülərə olan diqqətsizlik, əmək müqaviləsinə ötəri yanaşmalar, sürücünün işə götürülməsi zamanı onun peşəkarlığının nəzərə alınmaması, onun sosial durumunun yaxşılaşdırılması haqqında tədbirlər görülmədiyindən belə hallar baş verir. Baş verən hadisələrin sadaladığımız məsələlərlə bağlantısı varki bunlar olur”.

M.Rüstəmov sürücülərinin avtobusları çox təhlükəli idarə etdiklərini deyib. Onun sözlərinə görə, bəzən sürücülər bir-birinin üstündən keçmək istəyirlər.

“Sürücüyə yalnız plan verilir ki, planı gətir qalanı sənin olsun. Sürücü də tıxaclarda qalmaması üçün müəyyən yolları və vaxt arayır. Az qalırlar ki, biri-birilərinin üstündən uçub keçsinlər. Bunlarında qəzalarda öz rolu var. Ötüb keçmə zamanı qeyri-peşəkarlğın olmasıda da buna dəlalət edir. Sürücünün psixologiyasının yerində olmaması da bu cür hadisələrə yol açır. Bütövlükdə götürdükdə münasibətərdə qeyri-şəffavlığın olması, törədilən qəzaların əsas hissəsini təşkil edir”-deyə ekspert vurğulayıb.

“2013-cü ilin 3 ayında ölkə ərazisində avtobusların iştirakı ilə 30 yol-nəqliyyat hadisəsi baş verib”.

Bu ilin 3 ayı ərzində baş verən avtobus qəzalarının statistikasına nəzərə salanda rəqəmlər dəhşət saçır. DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev AzVision.az-a açıqlamasında bildirib ki, 2013-cü ilin 3 ayında ölkə ərazisində avtobusların iştirakı ilə 30 yol-nəqliyyat hadisəsi baş verib. Şöbə rəisinin sözlərinə görə, bu qəzalar nəticəsində 18 nəfər ölüb, 35 nəfər yaralanıb.

Xatırladaq ki, ötən il avtobusların iştirakı ilə 114 yol nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 57 nəfər dünyasını dəyişib, 183 nəfər isə xəsarət alıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov AzVision.az-a açıqlamasında bildirib ki, avtobusların iştirak etdiyi yol-nəqliyyat hadisələri onların ağırlıq dərəcələri hər birimizi çox ağrıdır. Şöbə rəisinin sözlərinə, də nizam intizamın yaradılması və avtobus sürücüləri ilə baş vermiş yol-nəqliyyat hadisələri sayının minumuma endirilməsi məqsədilə Bakı şəhər Dövlət Yol Polis İdarəsinin rəhbərliyinin göstərişi ilə idarənin bölmə və şöbə əməkdaşlarından ibarət qrup yaradılıb və qrup bu gündən etibarən paytaxt ərazisində avtobus dayanacaqları yaxınlığında reydlərə başlayıb.

“Artıq bu saata kimi 30-dan artıq avtobus yol hərəkətindən kənarlaşdırılıb və mühafizə olunanan dayanacaqlara qoyulub. Bunlar sürücülük vəsiqəsi olmadan, texniki pasportsuz və s. ilə bağlı olan qayda pozuntularıdır. Avtobus dayanacaqlarını qeyri-qanuni zəbt etmiş taksi fəaliyyəti ilə məğul olan sürücülərə 60-a yaxın inzibati protokol tərtib edilib. Təəssüflər olsun ki, onların arasında 18 nəfər bir gendə eyni xətanı ikinci dəfə törədir. Hər kəs hər bir şeyi yol polisindən tələb edir. Hər bir hərəkət iştirakçısı özü məsuliyyətini artırmalıdır. Onlarda yol polisləri kimi öz səalihyyətlərinə uyğun hərəkət etməlidir. Hər kəs piyada olduğu halda 40-cı maddənin, sərnişin olduğu halda 41-ci maddənin, sürücü olduğu halda isə 37-ci maddənin tələbinə uyğun hərəkət etməlidir”-deyə V.Əsədov vurğulayıb.

Anar


Teqlər:  





Xəbər lenti