Şamaxıda kişi qaynatasını öldürdü

   Şamaxıda kişi qaynatasını öldürdü
  13 Sentyabr 2024    Oxunub:392
Sentyabrın 13-də saat 06 radələrində Şamaxı rayonunda 1985-ci il təvəllüdlü Püstə Hüseynovaya və 45 yaşlı Əliağa Hüseynova kəsici alətlə xəsarət yetirilməsi, Ə.Hüseynovun isə aldığı xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətinin regional qrupundan AzVision.az -a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən ölən şəxsin kürəkəni 1995-ci il təvəllüdlü Şeydayev Elbrus Eldəniz oğlu saxlanılıb.

İlkin məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib. Faktla bağlı araşdırma aparılır.


AzVision.az


Teqlər:





Xəbər lenti