Niderlandlı pilot Formula 2 yarışının sıralama turunda birinci olub

Niderlandlı pilot Formula 2 yarışının sıralama turunda birinci olub
  13 Sentyabr 2024    Oxunub:277
Formula 2 Azərbaycan Qran-Prisində sıralama turu başa çatıb.
30 dəqiqə davam edən yürüşdə "Trident" komandasının niderlandlı pilotu Riçard Versçor birinci olub. "ART Qrand Priks"in fransalı sürücüsü Viktor Martins ikinci, "Prema"da çıxış edən italiyalı Kimi Antenolli üçüncü sırada qərarlaşıb.

Yarışda 11 komanda mübarizə aparıb. Bu gün, həmçinin 17:00-da Formula 1-də ikinci sərbəst yürüş olacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti