Filippo Fransanı Putinin xəbərdarlığına qulaq asmağa çağırıb

Filippo Fransanı Putinin xəbərdarlığına qulaq asmağa çağırıb
  13 Sentyabr 2024    Oxunub:1076
"Fransa Rusiya lideri Vladimir Putinin Ukrayna ilə bağlı xəbərdarlığına qulaq asmalıdır".
Bu fikri Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippo deyib. O, "X" sosial şəbəkəsində Putinin müsahibəsini əks etdirən video paylaşıb.

ABŞ və Britaniyanın ali diplomatları Kiyevə gediblər
“Putin xəbərdarlıq edir ki, məlum qərar NATO ilə Rusiya arasında müharibə anlamına gələcək”, - paylaşımda yazılıb.

Xatırladaq ki, Putin sentyabrın 12-də Böyük Britaniya və ABŞ-nin Kiyevin Rusiya ərazisinin dərinliklərinə zərbələr endirməsinə icazə vermək planlarını şərh edib. O, deyib ki, bu halda söhbət Şimali Atlantika Alyansı ölkələrinin hərbi münaqişədə bilavasitə iştirakı barədə qərar qəbul etməsindən gedəcək.


Tural Tağıyev

AzVision.az



Teqlər:   Putin   Fransa  





Xəbər lenti