Ölkədə doğulan körpələrin sayı azalıb

   Ölkədə doğulan körpələrin sayı azalıb
  13 Sentyabr 2024    Oxunub:276
Bu ilin yanvar-iyul ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 58401 doğulan körpə qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 11,0-dan 9,8-ə düşüb.
AzVision.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,2 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,8 faiz olub. Körpələrdən 1928-i əkiz, 84-ü üçəm və 4-ü isə dördəm doğulub.

AzVision.az


Teqlər:





Xəbər lenti