İlon Mask bəşəriyyəti xilas etmək üzərində düşünür

   İlon Mask bəşəriyyəti xilas etmək üzərində düşünür
  14 Sentyabr 2024    Oxunub:275
Dəfələrlə istifadə oluna bilən superağır daşıyıcı raketlər bəşəriyyəti məhv olmaqdan xilas etməyə imkan verəcək.
AzVision.az xəbər verir ki, “SpaceX” şirkətinin yaradıcısı, amerikalı milyarder İlon Mask “X” sosial şəbəkəsində belə deyib.

“Ulduz gəmiləri (“Starship”) həyatı çox planetli edəcək və bürokratiya tərəfindən sıxışdırılmasa,Yer üzündə həyatın məhvinin qarşısını alacaq”, - amerikalı sahibkar bildirib.

Onun iddiasına görə, ABŞ-da hökumətin tənzimləmə siyasi ildən-ilə daha çox təşəbbüslərin boğulması ilə nəticələnir. Belə davam edəcəyi təqdirdə, ABŞ-da bütün böyük layihələr qeyri-qanuni olacaq.

Bir neçə gün əvvəl İlon Mask bildirib ki, əgər Kamala Harris prezident seçkilərində qalib gəlsə, amerikalılar heç vaxt Marsa çatmayacaqlar. Amma keçmiş prezident və respublikaçı namizəd Donald Tramp “böyük işlərin baş verməsinə imkan verəcək” hökumətin səmərəliliyi komissiyasının yaradılması ideyasını dəstəkləyir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Mask   Yer   Mars  





Xəbər lenti