"Formula 1"də üçüncü sərbəst yürüş başlayıb

"Formula 1"də üçüncü sərbəst yürüş başlayıb
  14 Sentyabr 2024    Oxunub:285
Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində üçüncü sərbəst yürüş başlayıb.
AzVision.az -ın məlumatına görə, mübarizəyə saat 12:30-da start verilib.

Ötən gün ilk test yürüşündə "Red Bull" pilotu Maks Ferstappen, ikinci sınaq yürüşündə isə "Ferrari" sürücüsü Şarl Lekler ən yaxşı nəticəni göstəriblər.

Bu gün "Formula 2"də sprint yarışı və birinci dərəcələri pilotların sıralama turu da gerçəkləşəcək.

Qeyd edək ki, Bakıdakı yarış sentyabrın 15-də başa çatacaq.
AzVision.az



Teqlər:





Xəbər lenti