Sabah qərb rayonlarında leysan gözlənilir

Sabah qərb rayonlarında leysan gözlənilir
  14 Sentyabr 2024    Oxunub:327
Sentyabrın 16-sı axşam qərb rayonlarından başlayaraq 17-si gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan) leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Milli Hidrometeorologiya Xidmətindən AzVision.az -a verilən məlumata görə, havanın temperaturu ötən günlərlə müqayisədə 3-6° aşağı enəcək.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

AzVision.az


Teqlər: hava   proqnoz   leysan  





Xəbər lenti