Kosmosdan gələn var - SpaceX-in Polaris Dawn missiya kapsulu Yerə qayıtdı

      Kosmosdan gələn var   - SpaceX-in Polaris Dawn missiya kapsulu Yerə qayıtdı
  15 Sentyabr 2024    Oxunub:2057
Polaris Dawn özəl kosmik missiyası başa çatıb. SpaceX-in Crew Dragon kosmik gəmisi okeana eniş edib.
AzVision.az xarici mətbuata istinadla xəbər verir ki, texnologiya sahibkarı, 41 yaşlı milyarder Jared Isaacmanı, iki SpaceX mühəndisini və Amerika Hərbi Hava Qüvvələri "Thinderbird"ün keçmiş pilotunu daşıyan SpaceX-in Polaris Dawn missiya kapsulu bazar günü səhər Florida sahillərinə düşüb. Məlumata görə, "Dragon" kosmik gəmisi Meksika körfəzinə enib.


Beş günlük səyahət zamanı ekipaj üzvləri Yerdən təxminən 740 kilometr (460 mil) yüksəklikdə , Beynəlxalq Kosmik Stansiyadan və Hubble Kosmik Teleskopundan da yüksəkdə ilk şəxsi kosmos gəzintisini həyata keçirib. Onların kosmos gəzintisi iki saata yaxın davam edib. İsaakman kosmosa səyahət edən 264-cü, SpaceX-dən Sara Gillis isə 265-ci adam olub. Bundan əvvəl kosmosa yalnız peşəkar astronavtlar səyahət ediblər.


Qeyd edək ki, Polaris kosmik tədqiqat proqramını İsaakman şəxsən maliyyələşdirib. Bildirilir ki, bu, milyarderin SpaceX ilə kosmosa ikinci çarter uçuşudur və o daha iki səyahət planlaşdırıb. İsaakman bu dəfə maliyyə şərtlərini açıqlamasa da, məlumdur ki, 2021-ci ildə SpaceX-in mülki Inspiration4 orbital missiyasına rəhbərlik etmək üçün 200 milyon dollar xərcləyib.

Polaris missiyası çərçivəsində həyata keçirilən uçuş “SpaceX” şirkətinin təsisçisi İlon Maskın planetlərarası ambisiyalarının açarı-yeni nəsil raket prototipi olan Starship-in ilk ekipajlı uçuşudur.

Bu uçuşla 875 mil (1,408 kilometr) məsafə qət edən "Dragon" kosmik gəmisi "Apollo"nun Aya missiyasından sonra insanları Yerdən indiyə qədər ən uzaq nöqtəyə çatdırmaqla tarixə düşdü.

Məhəmmədəli Həsənli
AzVision.az


Teqlər:





Xəbər lenti