Trampa qarşı növbəti sui-qəsd cəhdi olub

Trampa qarşı növbəti sui-qəsd cəhdi olub
  15 Sentyabr 2024    Oxunub:392
ABŞ-nin sabiq prezidenti Donald Trampa qarşı növbəti sui-qəsd cəhdi olub, o, sağ-salamatdır. Bu barədə konqresmen Teylor-Grin məlumat yayıb.
"Tramp növbəti sui-qəsd cəhdindən sonra sağ-salamatdır. Onu öldürməyə çalışırlar. Qalib gəlməsinə mane olmaq üçün hər şeyi edəcəklər", - deyə konqresmen X sosial hesabında qeyd edib.

ABŞ mətbuatı bildirir ki, atışma Floridada Trampın qolf klubunun yaxınlığında baş verib. Məxfi xidmət dərhal səfərbər edilib. Trampın sözçüsü Stiven Çunq da onun həyatı üçün heç bir təhlükə olmadığını bildirib.

Amerika mediası, həmçinin yazır ki, atışmanın hədəfi Tramp olmayıb.

Məhəmmədəli Həsənli
AzVision.az


Teqlər:





Xəbər lenti