Şuşa, Xankəndi və Xocalıda tədris bərpa olunur

   Şuşa, Xankəndi və Xocalıda tədris bərpa olunur
  16 Sentyabr 2024    Oxunub:967
Yeni tədris ilində Şuşa, Xankəndi və Xocalıda tədris bərpa olunur.
Bu gündən Azərbaycanda 2024-2025-ci tədris ili başlanır. Yeni tədris ilində ümumi təhsil müəssisələrində ilk dərs “Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr olunacaq.

2024-2025-ci tədris ilində respublika üzrə I siniflərə 132 min 261, məktəbəhazırlıq qruplarına isə 89 min uşaq qəbul olunub.

Qeyd edək ki, 2024-2025-ci tədris ilində ali təhsil pilləsində Qarabağ Universiteti və Türkiyə-Azərbaycan Universiteti qapılarını ilk dəfə tələbələrin üzünə açır.

AzVision.az


Teqlər:





Xəbər lenti