32 ildən sonra Şuşada ilk Bilik Günü keçirilir - FOTOLAR

   32 ildən sonra Şuşada ilk Bilik Günü keçirilir -    FOTOLAR
  16 Sentyabr 2024    Oxunub:2244
Otuz iki ildən sonra işğaldan azad olunan Şuşada ilk Bilik Günü keçirilir.
Bu münasibətlə keçirilən tədbirdə Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, elm və təhsil naziri Emin Əmrullayev, Qarabağ Regional Təhsil İdarəsinin müdir müavini Anar Məcidov, məktəb kollektivi və valideynlər iştirak edirlər.



Yenidən qurulan məktəb 960 yerlik olmaqla, beş bloklu və üç mərtəbəlidir. Müasir standartlara uyğun inşa edilən məktəb hər biri 24 şagird üçün nəzərdə tutulmaqla, 40 sinif otağından ibarətdir.



Bu gün start verilən yeni tədris ilində Şuşada 113 şagird təhsilə başlayıb. Məktəbdə tədris 18 müəllimdən ibarət pedaqoji heyət tərəfindən həyata keçiriləcək.



Qeyd edək ki, şagirdlərin yaşayış binalarından məktəbə gətirilməsi üçün xüsusi nəqliyyat vasitələri ayrılıb. Şuşaya məskunlaşmanın davam etdirilməsi ilə məktəbdə şagird və müəllimlərin də sayı artacaq.





AzVision.az



Teqlər:





Xəbər lenti