Kats: "Tramp üçün dua edirik"

      Kats:    "Tramp üçün dua edirik"
  16 Sentyabr 2024    Oxunub:475
İsrailin xarici işlər naziri İsrael Kats ABŞ-nin sabiq lideri Donald Trampın sui-qəsdə məruz qalmasından narahatlığını dilə gətirib.
O bu barədə özünün "X" hesabında yazıb.

"Xalqımızın təhlükəsizliyinə, rifahına verdiyi töhfələrə görə Trampa dərin minnətdarlığımızı bildiririk. Onun sağalması, özünü toxtaması üçün dua edirik. Siyasi baxışları hədə-qorxu ilə insanlara sırımaq cəhdlərini qətiyyətlə pisləyirik. Siyasi zorakılıq ABŞ xalqının öz yolunu azad və demokratik şəkildə seçmək hüququnu əsla pozmamalıdır", - İsrailin XİN rəhbəri vurğulayıb.
Trampa qarşı növbəti sui-qəsd cəhdi olub

Xatırladaq ki, yenidən ABŞ prezidentliyinə namizəd Donald Tramp il ərzində növbəti sui-qəsd cəhdinə uğrayıb. Onun xəsarət almadığı bildirilir.

Firudin Həmidli
AzVision.az


Teqlər:   ABŞ   İsrail   Tramp   sui-qəsd  





Xəbər lenti