Bu fikirlər Müharibə Araşdırmaları İnstitutunun (ISW) növbəti
hesabatındandır. ISW analitiklərinin proqnozlarına görə, vəziyyət get-gedə daha da çətinlışı bilər: "Rusiya qarşıdakı dövrdə də Ukraynadakı əməliyyatlar üçün lazım olan materialların istehsalı və tədarükü ilə bağlı artan çətinliklərlə üzləşəcək. Kreml öz maddi ehtiyaclarını ödəmək üçün getdikcə daha çox xarici tərəfdaşlardan asılı olacaq”.
Mütəxəssislər qeyd ediblər ki, Ukrayna "bataqlığından" çıxa bilməyən rus ordusu öz hücumlarını dəstəkləmək üçün daha çox Sovet dövründən qalmış silah və texnikaların bərpasına arxalanır. Bu xüsusilə zirehli maşınlara aiddir: "Rusiya ordusu məhdud sovet ehtiyatlarını tükəndirdiyi üçün orta və uzunmüddətli perspektivdə mövcud əməliyyat tempini qoruyub saxlamaq istəyirsə, Kreml iqtisadiyyatı və müdafiə sənayesini daha çox səfərbər etməlidir".
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Son aylarda Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişib. Amma Ukrayna qoşunlarının ilk dəfə olaraq Rusiya ərazisinə girib Kurskda xeyli ərazini zəbt etməsi müharibədə dönüş nöqtəsinə çevrilib.
Tural Tağıyev
AzVision.az