“Offside” radioda yayıma başlayır

“Offside” radioda yayıma başlayır
  16 Sentyabr 2024    Oxunub:474
Azərbaycanın geniş idman auditoriyasına malik “Offside” şəbəkəsi Sağlam Radio 93FM-də 16 sentyabrdan etibarən yayıma başlayır.
“Offside” radio verilişi həftəiçi beş gün, saat 14:00-dan 15:00-dək efirdə olacaq. Verilişin məqsədi Azərbaycanda və xaricdə baş verən ən vacib idman hadisələrini, yenilikləri auditoriyanın diqqətinə çatdırmaqdır.

Yerli və xarici idman sferasında baş verən maraqlı xəbərlər, mübahisəli hakim qərarları, müxtəlif çempionatların təhlili həftəiçi hər gün canlı yayımda təcrübəli mütəxəssislər və qonaqlarla birgə müzakirə olunacaq.

“Offside” verilişini Sağlam Radio - 93FM-də dinləyə, həmçinin Offside-ın sosial media kanalları vasitəsilə canlı izləyə bilərsiniz.

AzVision.az


Teqlər:





Xəbər lenti