Narkotiklə bağlı 5040 nəfər cinayət məsuliyyətinə cəlb olunub

Narkotiklə bağlı 5040 nəfər cinayət məsuliyyətinə cəlb olunub
  16 Sentyabr 2024    Oxunub:444
Bu ilin doqquz ayı ərzində 5040 nəfər narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə cəlb olunub.
Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyası məlumat yayıb.

Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 5040 nəfər cəlb edilmiş, onlardan 16-18 yaşadək-1 nəfər, 18-25 yaşadək 367 nəfər, 26-29 yaşadək 802 nəfər, 30 yaş və ondan yuxarı isə 3870 nəfər təşkil edir. Həmin şəxslərdən 4881-i kişi, 159-u qadın olmuşdur. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 45 nəfəri xarici ölkə vətəndaşıdır.

AzVision.az



Teqlər:





Xəbər lenti