Netanyahudan Trampa məsləhət: "Bəxtə güvənməyək”

   Netanyahudan Trampa məsləhət:    "Bəxtə güvənməyək”
  16 Sentyabr 2024    Oxunub:478
İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidentliyinə namizəd Donald Trampa qarşı sui-qəsd cəhdinə reaksiya verib.
AzVision.az xəbər verir ki, o, "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Trampı öldürmək istəyən Rut kimdir?- VİDEO
“Sara (İsrail baş nazirinin həyat yoldaşı - red.) və mən Trampa ikinci sui-qəsd cəhdindən şoka düşdük.Bu cəhdin də uğursuz olduğunu eşidəndən sonra rahat olduq. Amma bəxtimizə güvənməməliyik”, - deyə hökumət başçısı yazıb.

Qeyd edək ki, dünən bir nəfər Donalda Trampı öldürməyə çalışıb. Bu son bir neçə ayda siyasətçiyə qarşı ikinci sui-qəsd cəhdidir.

Netanyahu həmçinin bu cür hücumların qarşısını almaq üçün tədbirlərin görüləcəyinə ümid etdiyini bildirib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   ABŞ   Tramp   Sui-Qəsd  





Xəbər lenti