Trampın qolf meydançası niyə tam mühafizə olunmayıb?

   Trampın qolf meydançası  niyə tam mühafizə olunmayıb?
  16 Sentyabr 2024    Oxunub:431
ABŞ-nin keçmiş prezidenti Donald Trampa sui-qəsd cəhdinin baş verdiyi Florida ştatındakı “Trump İnternational Golf Club”un ərazisi hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tam nəzarətə götürülməyibmiş. Buna səbəb bu cür statusda olan siyasətçilər üçün belə genişmiqyaslı tədbirlər tələb olunmur.
Bu fikirlər Amerikanın “The Washington Post” qəzetində dərc olunan məqalədəndir.

Trampı öldürmək istəyən Rut kimdir?- VİDEO
"Florida ştatının Palm Biç bölgəsinin rəsmiləri bəyan ediblər ki, qolf meydançası hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tamamilə nəzarətə alınmayıb. Çünki Tramp, keçmiş prezident və hazırkı namizəd kimi, daha az mühafizə işçisi alır",- məqalədə yazılıb.

Palm Biçin şerifi də maraqlı açıqlamalar verib. Onun sözlərinə görə, əgər Tramp prezident olsaydı, “biz bütün qolf meydançasını əhatə edən mühafizə qurardıq”.

Xatırladaq ki, dünən ABŞ-nin sabiq prezidenti Donald Trampa qarşı növbəti sui-qəsd cəhdi olub. Rayan Uesli Rut adlı şəxs Trampı güllələməklə bağlı plan qursa da sui-qəsdin qarşısı vaxtında alınıb. Xarici KİV yazır ki, Rut Rusiyanın Ukraynaya hücumundan sonra sosial şəbəkələrdə Ukraynaya aktiv şəkildə dəstəyini ifadə edirmiş.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Tramp   ABŞ   Sui-Qəsd  





Xəbər lenti