Ərdoğan azərbaycanlıların güllələməsindən danışdı- Video

Ərdoğan azərbaycanlıların güllələməsindən danışdı-  Video
  13 İyul 2014    Oxunub:1185
`1944-cü ildə 146 azəri qardaşımız rus zülmündən qaçaraq Türkiyəyə sığındılar. Və Türkiyə həmin azərbaycanlıları tərəfsizlik naminə Stalinin əsgərlərinə təslim etdi. Həmin dönəm Cümhuriyyət Xalq Partiyasının iqtidar dönəmi idi. İndi CHP-yə səs verən vətəndaşlara səslənirəm: keçmişi yaxşı dəyərləndirmək lazımdır`
Türkiyənin hakim partiyası AKP-nin prezidentliyə namizədi Rəcəb Tayyip Ərdoğan Antaliyada yerli əhali ilə görüşü zamanı azərbaycanlıların ruslar tərəfindən güllələməsindən danışıb.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan vurğulayıb ki, həmin dönəmi xatırlayaq: azəri qardaşlarımız Boraltan körpüsündən qarşı tərəfə keçdilər və əsgərlərimizin gözü qarşısında güllələndilər.
`Onlar qarşı tərəfə nə dedilər bilirsinizmi? “Bizi onlara saxlamayın, siz güllələyin” deyə yalvarırıdılar. Hətta bu acı xatirədən bir şərqi də qalmışdı. Önünə qatdı məni, qardaşım satdı məni şərqisi. Ah, CHP, nə deyim, sən azəri qardaşlarını Stalinə satacaqsan və onlara tamaşa edəcəksən. Ondan sonra da, biz bu ölkədə beləydik, eləydik deyib özünü dağın başına qoyacaqsan hə? Keçmişi heç kim unutmur`.

Ərdoğan vurğulayıb ki, biz qardaşlarını satanlardan olmayacağıq. O, çıxışında Fələstin məsələsinə toxunaraq bildirib ki, qurda mərhəmət etmək quzuya zülmdür. Ona görə, biz heç vaxt qurda mərhəmət etməyəcəyik.

Mirvari Nəcəf




Teqlər:  





Xəbər lenti