Britaniyalı supermodel Bakı səfəri haqqında paylaşım edib

Britaniyalı supermodel Bakı səfəri haqqında paylaşım edib
  16 Sentyabr 2024    Oxunub:394
Formula 1 yarışlarını izləmək üçün Azərbaycanı ziyarət edən britaniyalı supermodel Naomi Kempbell səfəri haqqında özünün “Instagram” sosial şəbəkə hesabında paylaşım edib.
AzVision.az Azərtac-a istinadən xəbər verir ki, o, paylaşımında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Prezidentin köməkçisi Anar Ələkbərova, gənclər və idman naziri Fərid Qayıbova, Formula 1-in prezidenti və baş icraçı direktoru Stefano Domenikaliyə və Formula 1-in müşaviri Flavio Briatoreyə təşəkkür edib.



Naomi Kempbell paylaşımında Bakı səfərinin əla keçdiyini və Heydər Əliyev Mərkəzini ziyarət etdiyini bildirib. Model, mərkəzi ziyarət etməyin ilhamverici olduğunu vurğulayıb və məşhur memar, yaxın dostu Zaha Hadid tərəfindən dizayn olunduğunu də əlavə edib. Model səfəri barədə 20-yə yaxın foto paylaşıb.


Teqlər:





Xəbər lenti