İsrailin müxalifət lideri Obama ilə görüşüb - FOTOLAR

   İsrailin müxalifət lideri Obama ilə görüşüb -    FOTOLAR
  17 Sentyabr 2024    Oxunub:401
İsrailin müxalifət lideri, "Yeş Atid" ("Gələcək var") Partiyasının rəhbəri Yair Lapid ABŞ-yə səfəri çərçivəsində bu ölkənin sabiq prezidenti Barak Obama ilə görüş keçirib.
Bu barədə Lapid öz "X" hesabında yazıb. O, keçmiş ABŞ liderinə "Qəzzada HƏMAS tərəfindən saxlanılan israilli əsirlərin azadlığa çıxarılması üçün göstərdiyi səylərə görə" təşəkkürünü bildirib.

"Əsirlərin vətənə qaytarılmaları üçün qarşı tərəflə razılaşma üzərində birlikdə işləməliyik", - Lapid vurğulayıb.

O, Vaşinqtonda həmçinin ABŞ Dövlət katibi Antoni Blinken və milli təhlükəsizlik müşaviri Ceyk Sallivanla da görüşüb. Tərəflər Qəzza zolağındakı cari vəziyyət və əsir mübadiləsi ilə bağlı müzakirələr aparıblar.


Firudin Həmidli
AzVision.az


Teqlər:   İsrail   ABŞ   müxalifət   görüş  





Xəbər lenti