Paşinyanın keçmiş müşavirini Gürcüstana buraxmadılar

 Paşinyanın keçmiş müşavirini Gürcüstana buraxmadılar
  17 Sentyabr 2024    Oxunub:1067
SOROS Fonduna yaxınlığı ilə seçilən Ermənistanın “Məlumatlı vətəndaşlar birliyi” ictimai təşkilatının rəhbəri Daniel İoannisyan diqqət çəkən məlumat yayıb.
"Mamul" nəşrinə açıqlama verən sorosçu deyib ki, Nikol Paşinyanın xarici siyasət üzrə keçmiş müşaviri, “Vətəndaş müqaviləsi” blokunun həmtəsisçisi Arsen Xaratyan problemlə üzləşib.

Məlum olub ki, o, Gürcüstanda arzuolunmaz şəxs imiş: “Gürcüstan sərhəd xidməti Arseni Tbilisi hava limanında 5 saat saxlayıblar. Arsen Xaratyanın Gürcüstana girişi ölkənin sərhəd xidməti tərəfindən qadağan edilib. Ümid edirəm ki, bu problem yoluna qoyulacaq”.

Tural Tağıyev
AzVision.az



Teqlər: Gürcüstan  





Xəbər lenti