Ukrayna Kurskda yeni ərazi tutmayacaq - "Financial Times" |
Nəşr müharibədə əsas məqsədin təkcə torpaq deyil, insan amili də olduğunu yazıb: "Vladimir Putin 2022-ci ildə işğala başlayarkən onun əsas motivlərindən biri zəbt edəcəyi ərazilərdə yaşayan ukraynalıların hesabına Rusiya əhalisini artırmaq idi. Hökumətin və demoqrafların hesablamalarına görə, Rusiyanın son 10 ildə qonşu ölkənin ərazilərini işğal etməsi nəticəsində Ukrayna ya qaçqın kimi, ya da ümumən ən azı 10 milyon insan itirib. Putin uzun müddətdir ki, Rusiyadakı xroniki demoqrafik tənəzzülün həllini prioritet məsələ elan edib. Hələ də Kreml zəbt etdiyi ərazilərdə uşaqları kütləvi şəkildə oğurlamaq və ukraynalılara Rusiya pasportlarının verilməsi də daxil olmaqla, Ukrayna ərazilərini ruslaşdırmaq kampaniyası aparır. Onlara Rusiya pasportu belə verilir".
Müəllif xatırladıb ki, müasir Ukrayna vaxtilə Rusiya İmperiyasının bir hissəsi olub. Putin isə dəfələrlə bu ölkəni Moskvanın nəzarətinə qaytarmağa çalışdığını bildirib: "O, bu xalqın kimliklərini və ümumilikdə Ukrayna dövlətçiliyini inkar edir, yerli əhalinin rus millətinin bir hissəsi olduğunu söyləyir".
Müharibə təkcə Ukraynaya deyil, Rusiyanın da demoqrafiyasına və əmək bazarına dağıdıcı təsir göstərdi. Genişmiqyaslı işğal başlayandan bəri 600 mindən çox rus ölkəni tərk edib. Bunlar əsasən başqa ölkələrə köçüb yeni həyata başlamağa çalışan gənc mütəxəssislərdir.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Son aylarda Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişib. Amma Ukrayna qoşunlarının ilk dəfə olaraq Rusiya ərazisinə girib Kurskda xeyli ərazini zəbt etməsi müharibədə dönüş nöqtəsinə çevrilib.
Tural Tağıyev
AzVision.az