Rut Putini və Kim Çen Inı da öldürmək istəyirmiş

   Rut Putini və Kim Çen Inı da öldürmək istəyirmiş
  17 Sentyabr 2024    Oxunub:322
Donald Trampa sui-qəsd cəhdində şübhəli bilinən Rayan Uesli Rutun Rusiya prezidenti Vladimir Putini və Şimali Koreya lideri Kim Çen Inı öldürmək istədiyi iddia edilir.
AzVision.az xəbər verir ki, 2022-ci ildə Ukraynada tibb bacısı kimi çalışmış və orada bir neçə dəfə Rutla ünsiyyətdə olmuş amerikalı Çelsi Uolş “The Wall Street Journal (WSJ)Q qəzetinə belə deyib. Xanım Uolş fəaliyyəti dövründə davranışları onda “yırtıcı” və “anti-sosial” təəsürat yaradan insanların siyahısını tərtib edib ki, bu sırada da Rayan Rut birinci olub.

Kiyevdəki ilk görüşlərində Rut tibb bacısına ekssentrik şəxs təsiri bağışlasa da, təhlükəli görünməyib. Lakin növbəti “çoxsaylı görüşlərdə” tibb bacısının fikri dəyişib. Qadının sözlərinə görə, Vladimir Putini və Kim Çen Inı öldürmək istəyindən danışan Rut, həmçinin Tramp və ABŞ prezidenti Co Baydenin adını çəkib. Amma xanım Çelsi Uolş onun son iki siyasətçini təhdid edib-etmədiyini xatırlamadığını bildirib.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş əməkdaşı Sara Adamsın sözlərinə görə, Ukraynadakı könüllülər arasında Rut “fırıldaqçı və bir növ psix kimi tanınırdı”.

“Rut muzdluların cəlb olunması üçün Ukrayna hökuməti ilə əməkdaşlıq etdiyini desə də, əslində bu, belə deyil”, - Sara Adams bildirib.

“Reuters” agentliyi yazır ki, Rayan Uesli Rut qolf meydançasında, təxminən 12 saat Donald Trampı gözləyib. Halbuki, siyasətçinin ora gələcəyi barədə açıqlama verilməyib və şübhəlinin onun planlarından xəbəri olub-olmadığı məlum deyil.

Trampı öldürmək istəyən Rut kimdir?- VİDEO
Qeyd edək ki, Qolf meydançasını yoxlayan məxfi xidmət agenti tüfəngin lüləsinin Trampdan bir neçə yüz metr aralıda “kolların arasından çıxdığını” görəndən sonra atəş açan şəxs aşkarlanıb. Bir neçə atəşdən sonra Rut qaçmağa müvəffəq olub və təxminən 40 dəqiqə sonra oğurlanmış dövlət nömrə nişanları ilə avtomobillə aradan çıxmaq istəyəndə saxlanılıb.

Sahil İsgəndərov
AzVision.az



Teqlər:   Rut   Putin   Kim  





Xəbər lenti