Rusiyada helikopter qəzaya uğrayıb

Rusiyada helikopter qəzaya uğrayıb
  17 Sentyabr 2024    Oxunub:300
Rusiyanın Amur vilayətində Robinson R-66 helikopteri qəzaya uğrayıb.
AzVision.az xəbər verir ki, bu barədə Amur vilayətinin Mülki Müdafiə və Yanğın Təhlükəsizliyi Mərkəzi məlumat yayıb.

Bildirilib ki, helikopterin göyərtəsində pilot və iki sərnişin həlak olub. Helikopter Kirovski kəndindən təxminən 30 km aralıda aşkar edilib.

Bundan əlavə təyyarə bazar ertəsi Amur vilayətinin Zeya bələdiyyə dairəsi ərazisi üzərindən qeydiyyatsız uçuş həyata keçirib. Axtarışlar iki sutkadan çox davam edib. Faktla bağlı cinayət işi açılıb.

Həmidə İbrahimova
AzVision.az


Teqlər: Rusiya   Amurvilayəti   təyyarə   qəza  





Xəbər lenti