Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib
  17 Sentyabr 2024    Oxunub:991
Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sabiq sədri İlqar Mustafayev həbs edilib.
AzVision.az report-a istinadən xəbər verir ki, İ. Mustafayev xüsusilə külli miqdarda mənimsəmədə və vəzifə səlahiyyətlərini aşmada təqsirləndirilir.

O, Cinayət Məcəlləsinin 179.4-cü və 308-ci maddələri ilə ittiham olunur.

Onun barəsində Binəqədi rayon Məhkəməsi tərəfindən 3 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, bir neçə gün qabaq Hesablama Palatası Dənizkənarı Bulvar İdarəsində audit yoxlaması aparıb və çatışmazlıqlar aşkar olunub. Onunla bağlı toplanmış materiallar Baş Prokurorluğu göndərilmişdi.

AzVision.az



Teqlər:





Xəbər lenti