Fərid Qayıbov Hindistana səfər edib

Fərid Qayıbov Hindistana səfər edib
  17 Sentyabr 2024    Oxunub:257
Gənclər və idman naziri Fərid Qayıbov UNESCO-nun İdmanda dopinqə qarşı Beynəlxalq Konvensiyanın Tərəflər Konfransının IX Sessiyası (COP9) Bürosunun vitse-prezidenti olaraq Hindistana səfər edib.
AzVision.az xəbər verir ki, səfər zamanı Fərid Qayıbov Hindistanın Yeni Dehli şəhərində keçirilən COP9 Bürosu və Təsdiq Komitəsi üzvlərinin birgə iclasında iştirak edib.



Toplantıdan sonra Fərid Qayıbov NADA Hindistan və Dehli Milli Hüquq Universiteti arasında Anlaşma Memorandumunun imzalanması mərasiminə də qatılıb.



AzVision.az



Teqlər:





Xəbər lenti