Azərbaycan klubu iki amerikalı basketbolçunu heyətinə qatıb

Azərbaycan klubu iki amerikalı basketbolçunu heyətinə qatıb
  17 Sentyabr 2024    Oxunub:338
"NTD" basketbol komandası növbəti transferləri reallaşdırıb.
AzVision.az Azərtac-a istinadən xəbər verir ki, iki ABŞ-lı basketbolçu ilə razılıq əldə olunub.

24 yaşlı Daniel Mudi ilə mövsümün sonuna qədər sözləşmə imzalanıb. 201 santimetr boya malik forvard son olaraq “Montana State University Billings Athletics”in şərəfini qoruyub. Komanda, həmçinin 195 santimetr boyu olan Kolin Qolsonla mövsümün sonuna kimi müqavilə bağlayıb. 22 yaşlı forvardın son klubu “Wayne State University” olub.

AzVision.az



Teqlər:





Xəbər lenti