"Azercell" ofislərində rəqəmsal şəxsiyyət vəsiqəsinin tanınması təmin edilib

"Azercell" ofislərində rəqəmsal şəxsiyyət vəsiqəsinin tanınması təmin edilib
  17 Sentyabr 2024    Oxunub:217
Abunəçilər artıq "Azercell"in Eksklüziv ofisləri ilə yanaşı diler ofislərində də rəqəmsal şəxsiyyət vəsiqəsilə rahat və operativ xidmətdən yararlana bilərlər.
Abunəçilərinə ən yaxşı müştəri təcrübəsini təqdim etməyi hədəfləyən “Azercell Telekom”
MMC artıq bütün satış və xidmət mərkəzlərində rəqəmsal şəxsiyyət vəsiqəsinin tanınmasını təmin edib. 16 sentyabr 2024-cü il tarixindən etibarən müştərilər Azercell Eksklüziv ofisləri ilə yanaşı, diler mağazalarında da rəqəmsal şəxsiyyət vəsiqəsi ilə istənilən əməliyyatı həyata keçirə bilərlər. Bunun üçün “mygov” tətbiqində şəxsiyyət vəsiqəsinə aid QR kodu və ya 8 simvollu unikal kodu təqdim etmək kifayətdir.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) ilə əməkdaşlıq əsasında həyata keçirilən bu layihə ilə Azercell abunəçilərinə daha çevik və rahat xidmət göstərməklə yanaşı məlumat təhlükəsizliyini də yüksək səviyyədə təmin edir.

Xatırladaq ki, sözügedən dəyişikliklər Azercell Eksklüziv ofislərində 02.09.2024 tarixindən etibarən əlçatan olub. Bu yenilik Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2024-cü il 16 iyul tarixli Fərmanı əsasında icra edilir.

AzVision.az


Teqlər: Azərcell   rəqəmsal-şəxsiyyət-vəsiqəsi  





Xəbər lenti