Rumıniya parlamentində yanğın törədilib, 300-dən çox insan təxliyə olunub
“60-65 yaşlarında bir kişi yanar maye töküb və otaqda yanğın törədib, alov 30 kvadratmetr ərazini əhatə edib. Binadan 300-dən çox insan təxliyə edilib”, - deyə məlumatda deyilir.
Yanğınsöndürənlər dərhal hadisə yerinə gəlib, yanğını lokallaşdırıb və söndürüblər. Rumıniya mətbuatı cinayətkarın qaçmağı bacardığını bildirir.
Buxarestin mərkəzində yerləşən Rumıniya parlament binası “Çauşesku Sarayı” kimi də tanınır və dünyanın ən ağır binası sayılır, onun çəkisi 4 milyon tondan çoxdur.
AzVision.az
Teqlər: