Məşhur italiyalı futbolçu Salvatore Skillaçi vəfat edib

Məşhur italiyalı futbolçu Salvatore Skillaçi vəfat edib
  18 Sentyabr 2024    Oxunub:1524
Futbol üzrə 1990-cı il Dünya çempionatının bombardiri, İtaliya Milli yığmasının keçmiş hücumçusu Salvatore Skillaçi 59 yaşında dünyasını dəyişib.
“ANSA” agentliyinin yaydığı məlumata istinadən xəbər verir ki, 2022-ci ildə Skillaçiyə kolono (yoğun bağırsaq) xərçəngi diaqnozu qoyulduqdan sonra o, iki dəfə cərrahiyyə əməliyyatı keçirib. Ötən həftə Palermo klinikalarından birinə yerləşdirilən futbolçunun vəziyyətinin sabit olduğu bildirilib.

Qeyd edək ki, Skillaçi İtaliyanın “Messina”, “Yuventus” və “İnter”, habelə Yaponiyanın “Jubilo İvata” klublarının idman şərəfini qoruyub. İtaliya kubokunu (1990) və iki dəfə UEFA kubokunu (1990, 1994) qazanmış hücumçu futbolçu karyerasını 1997-ci ildə başa vurub.

İtaliya millisində keçirdiyi 16 oyunda Skollaçi 7 qol vurub. Karyerasının zirvəsi 1990-cı ildə elə İtaliyada keçirilmiş Dünya çempionatında bürünc medal qazanması olub. Komandanın heyətinə ehtiyat hücumçu kimi daxil edilsə də, start heyətinə düşməyi bacaran Skillaçi altı qol vuraraq turnirin bombardirinə çevrilib. Bununla yanaşı, o, 1990-cı il Dünya çempionatının ən yaxşı oyunçusu mükafatını da alıb.
AzVision.az


Teqlər: Skillaçi   vəfatı  





Xəbər lenti