14 yaşlı yeniyetmə dənizdə batdı

14 yaşlı yeniyetmə dənizdə batdı
  14 İyul 2014    Oxunub:911
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, 2000-сi il təvəllüdlü Maşalla Dövlət oğlu Ağatağıyev Abşeron rayonu ərazisində dənizdə (“Fatmayi” sularda xilasetmə məntəqəsindən, təxminən, 1000 m məsafədə, nəzarət olunmayan ərazidə) batıb.
AzVision.az xəbər verir ki, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və axtarışlara başlayıb. M.Ağatağıyevin cəsədi batdığı yerdən dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 17:40-da başa çatıb.


Teqlər:





Xəbər lenti