Edamdan son anda qurtuldu

Edamdan son anda qurtuldu
  14 İyul 2014    Oxunub:1000
Edam hadisələriylə tez-tez gündəmə gələn İranda bu dəfə bir edam məhkumu son anda edamdan xilas olub.
Ayaqlarının altından çəkilən edam stulundan sonra onun can çəkdiyini görən ailə buna dözə bilməyib və son anda onu edamdan xilas edib.

İranda bir gəncin ölümünə səbəb olan şəxs məhkəmə tərəfindən edama məhkum edilib. Edam kürsüsünə gətirilən məhkum, məmurlar tərəfindən edam kürsüsünə çıxarılıb. Bir müddət sonra məmurlardan biri məhkumun altındakı edam stulunu aşırıb və məhkum boğazından ipə asılmış şəkildə can verməyə başlayıb.

Məhkumun ipdə can verdiyini görən əhali qışqırıqlarla onun ailəsi tərəfindən əfv edildiyini bildiriblər. Məmurların isə dəfələrlə "Bağışlayırsınızmı?" sualına son anda "Bağışladım" cavabını verən məhkumun ailəsi, məhkumu edam edilməkdən son anda qurtarıb.

Qeyd edək ki, saniyələr ərzində boynundan iplə asılı qalan məhkumlar əfv edilməsindən sonra dəfələrlə yaxınları tərəfindən qurtulur.

Bu edamda da xilas edilən məhkumun göz yaşlarına boğulduğu görülür.


Teqlər:





Xəbər lenti