"Beynəlxalq ticarət” işçi qrupunun növbəti iclası keçirilib - FOTOLAR

   "Beynəlxalq ticarət” işçi qrupunun növbəti iclası keçirilib    -     FOTOLAR
  19 Sentyabr 2024    Oxunub:1124
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Beynəlxalq ticarət” işçi qrupunun növbəti iclası keçirilib.
AzVision.az xəbər verir ki, İşçi qrupun rəhbəri, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin İqtisadi islahatların monitorinqi, koordinasiyası və qiymətləndirilməsi sektorunun müdiri Vüsal Şıxəliyev və Sərhəddə ticarət üzrə dövlət xidmətlərinin səmərəliliyinin artırılması altqrupunun rəhbəri, Dövlət Gömrük Komitəsinin sədr müavini Natiq Şirinov, aidiyyəti dövlət qurumlarının və özəl sektor nümayəndələrinin iştirakı ilə keçirilən iclasda cari il ərzində görülmüş işlərə dair müzakirələr
aparılıb.



Müzakirələr çərçivəsində Türk Dövlətləri Təşkilatının Ticarətin Asanlaşdırılması üzrə Strategiya sənədi ilə bağlı Azərbaycandan müvafiq əlaqələndirici qurum olaraq Beynəlxalq ticarət işçi qrupunun fəaliyyətinə dair 2024-cü il ərzində görülən işlər diqqətə çatdırılıb. Bildirilib ki, ötən dövr ərzində təşkilata üzv ölkələrlə əlaqələrin inkişafı üçün birgə investisiya fondlarının yaradılması, müqavilə-hüquq bazasının genişləndirilməsi, ticarət dövriyyəsinin və iqtisadi aktivliyin yüksəldilməsi üçün tədbirlər davam etdirilib.



İclasda beynəlxalq ticarətin asanlaşdırılması üçün dövlət xidmətlərinin keyfiyyətinə dair qanunvericilik tənzimləməsi, məlumatların paylaşılması və ictimai məsləhətləşmələr, həmçinin, idxal və ixrac əməliyyatları üzrə vaxt və xərclərin səmərəliliyinin qiymətləndirilməsinə dair monitorinqin nəticələri ilə bağlı təqdimatlar dinlənilib.



Daha sonra işçi qrupun fəaliyyətinə dair “Dünya Bankı Qrupunun “B-Ready” layihəsinin hesabatının “Beynəlxalq ticarət” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol xəritəsinə daxil edilən tapşırıqların icra vəziyyəti barədə müzakirələr aparılıb və müvafiq tövsiyələr verilib.









AzVision.az










Teqlər:





Xəbər lenti