Oktyabrdan müəllimlərin maaş artacaq
O qeyd edib ki, oktyabr ayının birinci yarısı sertifikasiya imtahanın müsahibə mərhələsi başa çatacaq.
“Bu prossesdən keçən bütün müəllimlər əməkhaqqlarını artımla alacaqlar.
Ümumilikdə artımla əməkhaqqı alan müəllimlərin sayı 55 minə çatacaq. Ötən il sertifikasiyada uğursuz olan müəllimlərə bir il ərzində əlavə dəstəkləyici tədbirlər təşkil edildi. Ötən il sertifikasiyadan kəsilən 8 min müəllimin bu il 50 faizi imtahanda uğur qazandı”,- deyə o bildirib.
Qeyd edək ki, cari ildə isə 30 mindən çox təhsilverən sertifikatlaşdırma prosesinə cəlb edilib. Sertifikatlaşdırmadan keçən müəllimlər növbəti 5 il ərzində pedaqoji fəaliyyətini davam etdirmək üçün sertifikat əldə edir. Yaşı 60-dan yuxarı olan müəllimlərin imtahanda iştirakı könüllü formada təşkil edilir.
Ötənilki sertifikatlaşdırma prosesinə 29 min 951 müəllim cəlb olunub. Sertifikatlaşdırmadan keçmiş 5246 təhsilverənin vəzifə maaşına 35 faiz, 17 min 914 təhsilverənin vəzifə maaşına isə 10 faiz artım tətbiq edilib.
AzVision.az
Teqlər: