TSAXAL Livanda 100-ə yaxın hədəfi vurub - VİDEO

 TSAXAL Livanda 100-ə yaxın hədəfi vurub    - VİDEO
  20 Sentyabr 2024    Oxunub:1143
İsrail Müdafiə Qüvvələri (TSAXAL) bu gecə Livanın cənubuna silsilə hücumlar həyata keçirib.
TSAXAL-ın mətbuat mətbuat xidmətinin məlumatına görə, zərbələr zamanı 100-ə yaxın potensial atəş nöqtəsi və obyekt vurulub.

“TSAXAL Livanın cənubuna silsilə hücumlarını yekunlaşdırıb... Günorta saatlarında 1000-ə yaxın raketi işə salımağa hazır olan 100 buraxılış qurğusu, həmçinin əlavə hərbi infrastruktura hücum edilib”, - məlumatda qeyd edilib.

Livanda ölənlərin sayı 25-ə çatıb
Xatırladaq ki, İsrail-Livan sərhədində vəziyyət 2023-cü ilin oktyabrında rəsmi Təl-Əvivin Qəzza zolağında hərbi əməliyyatlara başlamasından sonra pisləşib. İsrail ordusu və "Hizbullah" döyüşçüləri hər gün sərhəddə yerləşən ərazilərdə tez-tez bir-birinin mövqelərini atəşə tuturlar.

Sentyabrın 17 və 18-də isə Livanda çoxsaylı rabitə cihazlarında partlayışlar baş verdi. Məlumata görə, mobil telefonlar, barmaq izi cihazları, günəş panelləri və litium-ion batareyaları ilə işləyən cihazlar və s. partlayışlara səbəb olub. Partlayışlar nəticəsində 30-a yaxın insan ölüb, bir neçə min isə yaralanıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Livan   İsrail  





Xəbər lenti