Paşinyan öz mühafizəçilərindən qorxur - "Hraparak"

Paşinyan öz mühafizəçilərindən qorxur    - "Hraparak"
  20 Sentyabr 2024    Oxunub:1225
Ermənistan Respublikasının Milli Təhlükəsizlik Xidmətinin (MTX) rəisi və onun qeyri-hərbi vəzifələrdə olan müavinləri bundan sonra fiziki güc tətbiq etmək, habelə xüsusi vasitə və silahlar gəzdirmək, saxlamaq, yararlanmaq hüququna malik olacaqlar.
Bununla bağlı qərar cümə axşamı hökumətin iclasında qəbul edilib.

Hökumətin “Dövlət idarəetmə sisteminin orqanları haqqında” qanuna müvafiq dəyişiklikləri təsdiqləməsi yerli mediada bir sıra sullar yaradıb. "Hraparak" nəşri yazıb ki, baş nazir Nikol Paşinyanın MTX-yə yeni imkanlar yaratması siyasətçinin artıq öz mühafizə sisteminə etibar etməməsindən xəbər verir.

"MTX rəhbəri, onun müavinləri baş verəcək xüsusi təhlükəsizlik tədbirlərinə çox vaxt birbaşa cəlb olunurlar. Bu tədbirlər zamanı sonuncular öz səlahiyyətləri daxilində müəyyən fəaliyyətlət təşkil edir və istiqamətləndirirlər. Onlar şəxsi nümunə ilə tabeliyində olan işçilərdə xidməti vəzifələrini daha ayıq və vicdanla yerinə yetirmək üçün məsuliyyət hissi yaradırlar. Hazırda bu sistemdə gərgin müzakirələrin aparılmasına və yeni dəyişikliklərin baş verməsinə səbəb Paşinyanın öz mühafizəçilərinə etibar etməməsidir. O, ilk dəfə MTX rəhbərinə və onun müavinlərinə silah gəzdirmək imkanı verir”.
Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti