"Xankəndidə körpələr evi-uşaq bağçasına 80-dən artıq müraciət daxil olub"

"Xankəndidə körpələr evi-uşaq bağçasına 80-dən artıq müraciət daxil olub"
  21 Sentyabr 2024    Oxunub:883
"Xankəndidə körpələr evi-uşaq bağçasına 80-dən artıq müraciət daxil olub".
AzVision.az xəbər verir ki, bu barədə Qarabağ Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən Anar Məcidov məlumat verib.

"Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa-quruculuq işləri sürətlə davam etdirilir. Prezident İlham Əliyev hər dəfə Qarabağ və Şərqi Zəngəzura səfər edərkən görülən işlərlə yaxından tanış olur, açılışlar edir, yeni obyektlərin təməlini qoyur ki, bu da regionun inkişafına töhfə verir. Prezident İlham Əliyevin Qarabağa sonuncu səfəri zamanı açılışı olan obyektlərdən biri Xankəndi şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasıdır", - deyə, o bildirib.

Onun sözlərinə görə, Elm və Təhsil Nazirliyinin sifarişi ilə bu ilin mayında Xankəndi şəhəri körpələr evi-uşaq bağçasının əsaslı təmirinə başlanılıb.

"Məktəbəqədər təhsil müəssisəsinin layihəsi 80 yerlik olmaqla 0,21 hektar ərazini, 1340 kvadratmetr ümumi sahəni əhatə edir. Burada 4 qrup otağı, tibb otağı, metodiki kabinet, mətbəx, akt və idman zalları və camaşırxana yaradılıb. Artıq körpələr evi-uşaq bağçasına 80-dən artıq müraciət daxil olub", - deyə, o əlavə edib.

AzVision.az



Teqlər:





Xəbər lenti