Rusiya və Çin birgə hərbi dəniz təlimlərinə başlayıb

Rusiya və Çin birgə hərbi dəniz təlimlərinə başlayıb
  21 Sentyabr 2024    Oxunub:851
Rusiya-Çin dəniz qüvvələrinin “Beybu/Qarşılıqlı əlaqə - 2024” təlimləri başlayıb.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat paylaşıb.

Məlumata görə, Rusiyanın Sakit Okean Donanmasının və Çin Hərbi Dəniz Qüvvələrinin döyüş gəmilərindən ibarət dəstə artıq təlimlər keçirmək üçün Vladivostokdan dənizə çıxıblar.

Rusiya tərəfdən təlimlərdə sualtı qayıq əleyhinə “Admiral Panteleyev” və “Admiral Tributs” iri gəmilər, “MPK-82” və “MPK-107” sualtı qayıq əleyhinə kiçik gəmilər, həmçinin “Smerç” kiçik raket gəmisi, Çin tərəfdən isə “Xining” və “Wuxi” esminesləri, “Lin Yi” freqatı və “Taihu” kompleks təchizat gəmisi iştirak edəcək.

AzVision.az




Teqlər:





Xəbər lenti