AzVision.az Sabah-a istinadla xəbər verir ki, görüşlər Nyu-Yorkda türk diplomatiyasının simvolu olan Türk Evində keçiriləcək.
Ərdoğanın qəbul edəcəyi şəxslər arasında İraqın baş naziri Məhəmməd Şia Əl Sudani, Hollandiyanın baş naziri Dik Şuf, BMT-nin baş katibi Antonio Quterreş, Küveytin vəliəhdi Şeyx Sabah Xalid Əl-Həməd Əl-Sabah, Almaniya kansleri Olaf Şolz, Albaniyanın baş naziri Edi Rama və Serbiya prezidenti Aleksandr Vuçiç də var.
Bundan əvvəl “Anadolu” agentliyi Türkiyə liderinin BMT Baş Assambleyasındakı çıxışının əsas mövzusunun Qəzzadakı vəziyyət olacağını bildirmişdi.
Həmidə İbrahimova
AzVision.az