Simonyanın Kanadaya səfəri təxirə salınıb

Simonyanın Kanadaya səfəri təxirə salınıb
  23 Sentyabr 2024    Oxunub:1151
Ermənistan parlamentinin spikeri Alen Simonyanın Kanadaya səfəri təxirə salınıb.
AzVision.az "News.am"a istinadən xəbər verir ki, bu barədə Simonyanın köməkçisi Movses Arutyunyan məlumat verib.

“Kanada tərəfinin təşəbbüsü ilə Kanada Parlamenti İcmalar Palatasının sədri Qreq Ferqus və Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan arasında telefon danışığı olub. Söhbət zamanı Qreq Ferqus səfərin təxirə salınmasını xahiş edib. Səbəb hazırda Kanadada mövcud olan daxili siyasi böhrandır”, - deyə köməkçi qeyd edib.

Həmidə İbrahimova
AzVision.az



Teqlər: Ermənistan   Kanada  





Xəbər lenti