Naxçıvanda daxili işlər orqanlarına yeni xidməti avtomobillər verilib
23 Sentyabr 2024
Oxunub:628
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən Naxçıvan Muxtar Respublikası daxili işlər orqanlarının maddi-texniki bazasının gücləndirilməsi məqsədilə tədbirlər həyata keçirilir.
AzVision.az Azərtac-a istinadən xəbər verir ki, bu istiqamətdə görülən işlər çərçivəsində "Kia Sportage" markalı avtomobillər ictimai təhlükəsizliyin daha da etibarlı qorunması üçün şəxsi heyətin xidməti istifadəsinə verilib.