Fransa BMT TŞ-nin təcili yığışmasını istəyir
“Fransa bir daha tərəfləri və onları dəstəkləyənləri gərginliyi azaltmağa və mülki əhalidən başlayaraq hamı üçün dağıdıcı olacaq regional münaqişədən qaçmağa çağırır. Buna görə mən bu həftə Təhlükəsizlik Şurasının Livanla bağlı təcili iclasını keçirməyə çağırdım”, - fransalı diplomat deyib.
Bundan əvvəl isə, Türkiyənin Xarici İşlər nazirliyi BMT TŞ-ni və digər beynəlxalq təşkilatları Livana hücumlara görə İsrailə qarşı təcili tədbirlər görməyə çağırıb.
- İsrailin Livana hücumları onun bütün regionda xaos səpmək cəhdlərində yeni mərhələdir. İsraili qeyd-şərtsiz dəstəkləyən ölkələr Netanyahuya öz siyasi maraqları üçün qan tökməyə kömək edirlər. Sülhün və təhlükəsizliyin qorunmasına cavabdeh olan bütün beynəlxalq qurumların, xüsusən də BMT Təhlükəsizlik Şurasının, eləcə də beynəlxalq ictimaiyyətin dərhal lazımi tədbirlər görməsi zəruridir”, - Türkiyə XİN-in rəsmi saytında yerləşdirilən bəyanatda vurğulanır.
Sahil İsgəndərov
AzVision.az