Türkiyə Rusiya neftinin alışını kəskin şəkildə azaldıb

Türkiyə Rusiya neftinin alışını kəskin şəkildə azaldıb
  24 Sentyabr 2024    Oxunub:804
Türkiyə avqust ayında yayın əvvəli ilə müqayisədə Rusiyadan neft idxalını yarıbayarı azaldıb. İdxal sutkada 400-450 min bareldən 200 min barelə qədər düşüb.
Bu barədə RBK analitik şirkət olan Kpler-in məlumatlarına istinadən yazıb.

Alışların belə kəskin azalmasının səbəbi STAR neft emalı zavodunda planlı təmir işlərinin aparılması göstərilib. Müəssisədə işlər sentyabrın 5-dən başlayıb. İstehsalın dayandırılması ərəfəsində isə neft tədarükləri azalıb.

Ekspertlərin fikrincə, Rusiya təchizatçıları üçün bu cür vəziyyət kritik sayılmır: "Çox güman ki, itirilmiş həcmlər Asiyaya, xüsusən də Hindistan bazarına yönəldiləcək".

Qeyd edək ki, son üç ayda Rusiya neftinin qiyməti təxminən üçdə bir qədər ucuzlaşıb. İyunun sonundan etibarən "Urals" neftinin qiyməti təxminən 30% ucuzlaşıb. "Urals"ın bir barreli 60 dollaradır. Yanacaq satışından Rusiya büdcəsinin orta gəliri isə ilin əvvəlindən ən aşağı səviyyədədir.
Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti