O, Yaxın Şərqə yönəldilən qüvvələrin dəqiq sayı və vəzifəsini açıqlamasa da, diqqətçəkən məlumat dilə gətirib:
"Hazırda regiondakı qoşunlarımız İranın İsrailə qarşı pilotsuz uçuş aparatı (PUA) və raket hücumu həyata keçirdiyi 14 aprel tarixinə nisbətən daha çoxdur".
NYT: "Terrorçuların peycer istifadəsini Nəsrullah məqbul bilib" |
Xatırladaq ki, ötən günlərdə "Hizbullah"a məxsus minlərlə peycerin partlaması nəticəsində 40 mindən artıq insanın yaralanması bu qruplaşma ilə İsrail arasında Qəzza zolağındakı müharibəyə paralal şəkildə başlamış münaqişəni daha da qızışdırıb. Hadisədə İsraili təqsirləndirən "Hizbullah" terrorçuları bu ölkənin şimalına doğru raket hücumlarını intensivləşdiriblər. Digər tərəfdən, partlayışlarda İranın Livandakı səfiri Müctəba Əmaninin də xəsarət alaraq bir gözünü itirməsi rəsmi Tehranın "İsrailə qarşı qəzəbini" daha da artırıb.
Firudin Həmidli
AzVision.az