Pensiya və maaşdan başqa digər hansı ödənişlər artırıla bilər?

   Pensiya və maaşdan başqa digər hansı ödənişlər artırıla bilər?
  24 Sentyabr 2024    Oxunub:1061
Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə uyğun olaraq gələn ildən etibarən minimum əməkhaqqı və minimum pensiya yenidən artırılacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin noyabrın 1-dək təkliflərini təqdim edəcəyi gözlənilir. Növbəti ilin büdcə sənədləri çərçivəsində müzakirələrin davam etdiriləcəyi və maliyyə yükünü hesablanacağı gözlənilir.
Bəs, pensiya və maaş ilə yanaşı digər hansı ödənişlər artırıla bilər?

AzVision.az xəbər verir ki, Milli Məclisin iqtisadçı deputatı Vüqar Bayramov mövzunu "facebook" hesabında şərh edib.

"Gələn ilin dövlət büdcəsinin sosial müdafiə və sosial təminat xərclərinin 4 milyard 998 milyon manat olacağı proqnozlaşdırılır. 2024-cü ildə bu istiqamətə 4 milyard 391 milyon manat ayrılması nəzərdə tutulub. Deməli, gələn sosial xərclər 14 faiz artırılacaq.

İlkin sənəddə sosial müdafiə və sosial təminat xərclərinin stukturu qeyd edilməsə də əlavə etmək lazımdır ki, sosial sektora vəsaitlərin böyük qismi Dövlət Sosial Müdafiə Fondunun xətti ilə yönəldilir. Yəni, sözügedən büdcə maddəsində nəzərdə tutulandan daha çox vəsait sosial sferaya yönəldilir.

Büdcənin ilkin parametrləri göstərir ki, 2025-ci ildə sosial paketin dərinləşməsi prioritet olacaq. Konkret artımlar ilə bağlı bütün məlumatların isə büdcə müzakirələri zamanı təqdim olunacağı gözlənilir".

Həmidə İbrahimova
AzVision.az


Teqlər: pensiya   maaş   büdcə  





Xəbər lenti