Xatırladaq ki, ötən günlərdə "Hizbullah"a məxsus minlərlə peycerin partlaması nəticəsində 40 mindən artıq insanın yaralanması bu qruplaşma ilə İsrail arasında Qəzza zolağındakı müharibəyə paralal şəkildə başlamış münaqişəni daha da qızışdırıb. Hadisədə İsraili təqsirləndirən "Hizbullah" terrorçuları bu ölkənin şimalına doğru raket hücumlarını intensivləşdiriblər. ABŞ İsrail və Livan arasında mümkün genişmiqyaslı müharibənin qarşısını almaq məqsədilə Yaxın Şərqdəki qüvvələrinin sayını artırıb.
Səfir: "Livana qurudan müdaxilə regional müharibə ilə nəticələnəcək" |
Digər tərəfdən, Livanın Britaniyadakı səfiri Rami Mürtəza ötən günlərdə "The Times" qəzetinə açıqlamasında vurğulayıb ki, "İsrail quru əməliyyatına başlayarsa, vəziyyəti indiyədək təmkinlə izləyən Livan Silahlı Qüvvələri hərəkətə keçəcək".
Firudin Həmidli
AzVision.az