Azərbaycanın turizm imkanları Çində tanıdılıb

Azərbaycanın turizm imkanları Çində tanıdılıb
  24 Sentyabr 2024    Oxunub:760
Çin turizm sənayesinin Azərbaycan haqqında məlumatlılığını genişləndirmək və ölkənin Çin bazarında iştirakını gücləndirmək məqsədilə Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə 18-24 sentyabırda Çin Xalq Respublikasının Şençjen, Şanxay, Çenqdu və Pekin şəhərlərində silsilə təqdimat tədbirləri keçirilib.
Tədbirlər çərçivəsində 300-dən çox iştirakçının qatıldığı B2B (biznesdən-biznesə) formatlı seminarlar təşkil edilib. Silsilə tədbirlərdə ölkəmizi Azərbaycan Turizm Bürosu ilə birgə “Azərbaycan Hava Yolları” QSC və “Şahdağ” Turizm Mərkəzi daxil olmaqla, ümumilikdə 13 yerli tərəfdaş təmsil edib.

Görüşlər zamanı Azərbaycanın turizm potensialı təqdim edilib, o cümlədən qış mövsümündə dağ kurortları, sağlamlıq turizmi, təbiət turizmi, lüks turizm seqmenti, ölkəmizin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş maddi mədəni irs nümunələri, o cümlədən işgüzar turizm imkanları, Bakı və Azərbaycanın digər regionları haqqında məlumat yerli turizm şirkətlərinə çatdırılıb.

Qeyd edək ki, 2024-cü ilin yanvar-avqust aylarında Çin Xalq Respublikasından Azərbaycana 26 866 nəfər səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 104%-dən çox artımdır.
AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti